Məhkəmə qarşısında döyülən direktordan açıqlama
“Hazırda özümü yaxşı hiss edirəm. Öncəki günlərlə müqayisədə səhhətimdə irəliləyiş var”.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında, bir neçə gün öncə Nizami Rayon Məhkəməsinin qarşısında döyülən, 175 saylı məktəbin direktoru Tural Mirzəliyev deyib. Baş vermiş hadisə ilə bağlı T.Mirzəliyev artıq polisə ərizə yazaraq izahat verdiyini, işin prokurorluq tərəfindən araşdırılacağını deyib.
“Münaqişənin daha da böyüməməsi qarşı tərəfdən asılıdır. Bu günədək kimisə döyüb, təhqir etməmişəm. Əvvəl olduğum mövqedəyəm, nə ondan bir addım geridə, nə də irəlidəyəm. Hər zaman da bu mövqeni sərgiləyəcəyəm” – deyə direktor əlavə edib.
Xatırladaq ki, həkimlər tərəfindən ona kəllə-beyin travması diaqnozunun qoyulub, hazırda 3 saylı Kliniki Şəhər Xəstəxanasında müalicə alır. Özünün sözlərinə görə, həkimlər növbəti həftədən etibarən onun evə buraxılmasına icazə verəcəklər.
Qeyd edək ki, noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında əlbəyaxa dava olub. 175 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyev, uzun müddətdir aralarında münaqişə yaşanan aktyor Rza Rzayev tərəfindən döyülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi