Məhkəmə qərarı dəyişdi: Keçmiş rəis i̇lham haqverdiyevə şərti cəza verildi
Müdafiə Nazirliyinin ‘İstirahət evi’nin keçmiş rəisi İlham Haqverdiyev barəsində verilən məhkəmə qərarı dəyişdirilib. O, rüşvət almaqda ittiham olunurdu.
Minval.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi prokurorluğun apellyasiya protestinə baxaraq, qərarın qismən dəyişdirilməsinə qərar verib. İlham Haqverdiyevin cərimə cəzası ləğv edilərək, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, cəzası şərti sayılıb və iki il sınaq müddəti təyin edilib.
Əvvəlki məhkəmə qərarına əsasən, Bakı Hərbi Məhkəməsi İlham Haqverdiyevə 15 min manat cərimə cəzası vermişdi. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılmışdı.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Müdafiə Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində, ‘İstirahət evi’nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi aşkarlanmış və iş Hərbi Prokurorluğa göndərilmişdi. İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə, yəni rüşvət alma ittihamı ilə mühakimə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək