Məhbus qardaşına "Rexona"da narkotik aparan şəxsin məhkəməsi başlayır
Cəzaçəkmə müəssisəsində saxlanan qardaşına narkotik vasitə keçirmək istəyən Şaban Hüseynlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Hakim Rasim Kazımovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Şəmkir şəhər sakini Hüseynli Şaban Müzahir oğlu Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan qardaşı, oğurluq və narkotik maddələri ilə təqsirləndirilən Hüseynliyə Vüsal Müzahir oğluna sovqat aparıb.
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sovqata baxış keçirilən zaman “Rexona” markalı kosmetik vasitənin qapağında gizlədilmiş 1,980 qram “Marixuana” aşkar edilib.
Şaban Hüseynliyə CM-nin 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi maddəsi ilə ittiham verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?