"Məhəmməd Salah muzeyi" yaradılacaq
Misir hökuməti Qahirədə “Liverpul” futbol klubunun yarımmüdafiəçisi və bu ölkənin milli komandasının oyunçusu Məhəmməd Salahın adını daşıyacaq muzey yaradacaq.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Əşrəf Sübhi bildirib.
O, qeyd edib ki, muzey Qahirənin qərbindəki “Əl-Cəzirə” Gənclik Mərkəzində yaradılacaq. Nazirin sözlərinə görə, Salah “Liverpul” komandasına və futbol üzrə Misir yığmasına uğurlar gətirib.
2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına Məhəmməd Salahın layiq görüldüyünü deyən nazir futbolçunun müvəffəqiyyətləri və nailiyyətləri ilə özünü daha çox həvəsləndirəcəyinə inandığını qeyd edib.
Muzeydə Salahın qazandığı medallar, idman köynəkləri, fotoları və digər şəxsi əşyaları sərgilənəcək.
Qeyd edək ki, Məhəmməf Salah ardıcıl ikinci il Afrikanın ən yaxşı futbolçusu seçilib. O, Dakar şəhərində keçirilən təntənəli mərasim zamanı ən yaxşı futbolçu hesab edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?