Məhəmməd Mirzəlinin qaynını döyənlər danışdı - VİDEO
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə xaricdə yaşayan Məhəmməd Mirzəlinin qaynının döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
“Qafqazinfo” quruma istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb. Binəqədi rayonu ərazisində Motodrom adlandırılan ərazidə məskunlaşan Elman Ağayev döyülərək müxtəlif dərəcəli xəsarətlər alması ilə bağlı nazirliyin “102 Zəng Mərkəzi”nə müraciət edib. Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və E.Ağayevin Masazırda kafe işlədən İlkin və Veysəl Rəciyev qardaşları tərəfindən döyülməsini müəyyən edilib.
Qeyd edək ki, hər iki qardaş əvvəllər Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə məhkum olunub. Hazırda həmin qardaşlar saxlanılıb və Abşeron RPİ-nin Təhqiqat Şöbəsində araşdırma gedir. Araşdırma zamanı E. Ağayevin kondisioner ustası olduğu və mübahisənin də 20 manat borc üstündə yarandığı məlum olub.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hazırda bu faktla bağlı İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı