Məclisə girib zərflərə söyüş yazdı, nəmər qutularına atdı
Bakıda tanınmış idmançının nişan mərasiminə girən naməlum şəxs zərflərə söyüş yazaraq nəmər qutularına atıb.
“Qafqazinfo”ya müraciət edən H.Həsənov deyib ki, adını açıqlamaq istəmədiyi 24 yaşlı qızının nişanından bir neçə gün öncə ailəsi təhdid olunmağa başlayıb: “Biz həyət evində yaşayırıq, nişandan əvvəl həyətimizə daşlar atılmışdı. Fikirləşdim ki, yəqin uşaqlardır. Səhəri gün evdən çıxıb çörək almağa gedəndə gördüm darvazanı nəcislə murdarlayıblar. Təxminən 10 gün sonra isə restoranda qızımın nişanı oldu. Sonradan zərfləri açanda gördük ki, iki zərfdə bizə söyüşlər yazılıb. Kamera görüntülərinə baxdıq, tanımadığımız bir adam içəri gəlib bir zərfi qız evinin, digər zərfi oğlan evinin qutusuna atıb gedib. Mən təxmin edirəm ki, həmin adam bizim tərəfdəndir. Çünki orada qızım haqda, onun uğurları, aldığı mükafatlar haqda da yazılıb. Mən, ailəm və qarşı tərəf nalayiq formada təhqir olunub. Bunu edən şəxs qızımın ailəsinin dağılmasını, bu nikahın baş tutmamasını istəyir. Amma nə oğlan tərəfi, nə biz zərfi atan adamı tanıyırıq. Fikirləşirəm ki, həmin şəxs kimlərsə tərəfindən pulla ələ alınıb və onların tapşırığını icra edib”.
H.Həsənov artıq polisə müraciət etdiyini və araşdırmalara başlanıldığını qeyd edib: “Mənim dəvət etdiyim qonaqların hamısı pulu mənə əlbəəl vermişdilər. Qutudan cəmi 8 zərf çıxdı. Onun 7-si qızımın idmançı dostlarının idi, yəni onların adları qeyd edilmişdi. Biz də həmin şəxslərin hər birini üzdən tanıyırıq. Yeganə tanımadığımız adam sizə göndərdiyim fotodakı şəxsdir. Onun görüntülərini açıq şəkildə polisə təqdim etmişəm”.
Nişanı olan qız yüngül atletika üzrə Avropa çempionatında gümüş medal qazanıb. Hazırda Azərbaycanın güc strukturlarının birində vəzifə tutur.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraiti kəskin dəyişir
Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törədib – FOTO
Bazar gününə olan hava proqnozu açıqlanıb
Təcili yardım işçiləri döyüldü
Bakıda məktəb yarmarkaları açıldı - Siyahı