Lüksemburq yığması Azərbaycanla oyunda iki rekorda imza atıb
Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyununda iki rekorda imza atıb.
Minval.info xəbər verir ki, Lük Holtsun baş məşqçi olduğu komanda 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 9-a çatdırıb. Bununla da “cırtdanlar” dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib.
Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha az qol vurulub.
Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci topu keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.
Qeyd edək ki, Lüksemburq yığması xal və qol rekordunu daha da yeniləyə bilər. Bunun üçün noyabrın 14-də İrlandiya ilə ev matçında qol vuraraq, uduzmamaq lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messidən Neymarla bağlı şok açıqlama
Qurban Qurbanov: “Yurçeviçə bildirdim ki, köməklik lazım olsa, hazıram”
Türkiyədə futbol hakimləri koronavirusa yoluxdular
Messi: Madridin sifarişi ilə mənə hücum edirdilər
"Omoniya"nın hücumçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"