Lukaşenko: “Minskin KTMT-dəki prioriteti Bakı ilə İrəvan arasında münaqişənin həlli olacaq”
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq.
O, bunu çərşənbə günü KTMT Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən məhdud formatdaki sessiyasında deyib.
“Müəyyən ciddi nüanslar var, amma biz yenidən alovlana biləcək bu münaqişəni indi əsaslı şəkildə həll edə bilərik”, – deyə dövlət başçısı bəyan edib.
Bununla belə, o qeyd edib ki, hadisələrin bu cür inkişafı, ilk növbədə yalnız Ermənistan və təbii ki, Azərbaycan rəhbərliyinin istəyi ilə mümkün olacaq.
“Bu, Belarusun sədrliyinin prioritetlərindən biridir. Biz buna göz yummamalıyıq. Bu problemi həll edə bilsək də, edə bilməsək də, münaqişə KTMT-nin diqqət mərkəzində olmalıdır”, – Lukaşenko vurğulayıb.//Oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı