Luis Suares: "Barselona" Messisiz də əla komanda olduğunu göstərdi"
Kataloniyanın “Barselona” klubunun forvardı Luis Suares futbol üzrə İspaniya çempionatının 10-cu tur matçında “Real” üzərində qazanılan 5:1 hesablı qələbəyə münasibət bildirib.
31 yaşlı uruqvaylı həmin oyunda het-trik edib. “İkinci yarıda “Real” vəziyyəti düzəltmək istədi, məqamlar yaratmağa başladı və qol vurdu. Rəqib hücumlarını davam etdirdi, amma biz yaxşı iş gördük. Boş zonalardan istifadə edə bildik.
Əlbəttə ki, Lionel Messi bizimlə oynadığı zaman daha yaxşıdır, o, dünyanın ən yaxşı futbolçusudur. Lakin biz bir komanda kimi öz oyunumuzla fəxr etməliyik. Göstərdik ki, yaxşı məşqçi ilə Messisiz də əla komandayıq”, – deyə “Marca” qəzti Suaresin sözlərini sitat gətirib.
Bundan əvvəl “Barselona” “El klasiko”da “Real”ı darmadağın edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldodan yeni rekordlar
"Dünya kubokuna ayrılan pulların bir qismini oliqarxlar ‘mənimsəyib’"
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb
Bu gün futbolu hansı kanaldan izləyək? - CAVAB
Rakitiç "Barselona"dan gedir
Seçmə mərhələ bitdi, Elxan Məmmədovun dövrü nə vaxt bitəcək? - VİDEO
ÇL-də birinci mərhələyə yekun vurulur
