“Lotu Quli”nin dəstəsinə bu şəxs başçılıq edəcək - Varis elan edildi
Türkiyədə qətlə yetirilmiş məşhur “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) doğma qardaşı olan, “Namiq Bakinski” ləqəbi ilə tanınan Namiq Səlifov qardaşının varidatının varisi elan edilib.
“Minval.İnfo” avtosfer.az-a istinadən bildirir ki, kriminal dairələrin iki nüfuzlu şəxsi Merab Mzerelua ilə Masi Qvaramiyanı barışdırmağı bacaran Namiq Səlifovun nüfuzu artıb və o, kriminal aləmin qeyd-şərtsiz lider statusuna yüksəlib.
Qardaşı “Lotu Quli”dən fərqli olaraq Namiq Səlifov böyük “sxodka”larda iştirak etməyib, bir çox avtoritetlərlə şəxsən tanış deyil.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
O, danışıqlara meyilli şəxs kimi tanınır. Namiq Səlifov Ural bölgəsində ciddi təsir imkanlarına malikdir.
Üstəlik heç bir şəxs onun əlində olan imkanlara sahib deyil.
Xatırladaq ki, Namiq Səlifov 2001-ci ilin aprel ayında azadlığa çıxıb və 2013-cü ildə İstanbulda “qanuni oğru” adını alıb.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək