Londonda bahalı obyektləri olan rus milyarderlər - SİYAHI

“Forbes” jurnalı Böyük Britaniyada bahalı obyektləri olan rusiyalı biznesmenlərlə bağlı hesabat hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, Londonda ən bahalı ev milyarder Roman Abramoviçə məxsusdur. Onun Kensinqton Pelas Qardens küçəsində yerləşən üç mərtəbəli imarəti əmlakçılar tərəfindən 170 milyon avro miqdarında dəyərləndirilir. “Milyarderlərin küçəsi” kimi məşhur olan bu küçədə Rusiya səfirliyinin binası və Kensinqton sarayı-Kembric şahzadəsi Uilyamın iqamətgahı yerləşir.

İkinci yerdə “FosAqro”nun sahibi Andrey Quryev qərarlaşıb. Hayqest Vest Hilli küçəsində yerləşən Witanhurst malikanəsi XX əsrdə inşa edilib. 8 min kvadrat metr ərazisi olan obyektin dəyəri 150 milyon avrodur.

Siyahıda “Moskva Bankı”nın keçmiş rəhbəri Andrey Borodin də var. Onun Remenham Hill küçəsində yerləşən 80 hektar əraziyə malik “Park Palace” malikanəsinin 300 illik tarixi var. Dəyəri 150 milyon avro olan villaya Moskvanın Tver rayon məhkəməsi həbs qoyub.

Dördüncü yerdə “Qazprom”un eks-top-meneceri Andrey Qontsarenko qərarlaşıb. “Hanover Lodge” yaşayış binası Ricents-parkda yerləşir. Qontsarenko 2004-cü ildə obyektə 120 milyon avro xərcləyib. Lakin ekspertlərin qiymətləndirməsinə görə, hazırda bu ev 130 milyon avro dəyərindədir.
Bundan başqa, o, 2012-ci ildə Sent-Ceyms küçəsində 102 milyon avroya aldığı malikanəyə sahibdir.
ƏLAQƏLİ
Alimlər bu kənddə yaşayan uzunömürlü qadınlardan danışır: Ölümsüzlüyün sirri oradadır?
![]()
“Lukoyl” şirkətinin ortaqlarından biri Leonid Fedunun oğlu Anton Fedun Harrinqton-roud küçəsində yerləşən 100 milyon avro dəyərində “Ampersand” otelinə sahibdir. O, buranı 2013-cü ildə atasının verdiyi vəsait hesabına əldə edib.

“Nveşekonbank”ın keçmiş rəhbəri Vladimir Çernuhinin Poultri küçəsində altı mərtəbəli malikanəsi var. Dəyəri 85 milyon avrodur.

Növbəti yerdə “LetterOne Holdings”in rəhbəri Mixail Fridman qərarlaşıb. O, 80 milyon avro dəyərində “Athlone” malikanəsinə sahibdir.

Milyarder Vladimir Slutskerin eks-arvadı Olqa boşanma prosesindən sonra Londonda 70 milyon avroluq ev alıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər
66 il əvvəl hesablayıblar: dünyanın sonuna 1 ay qaldı?
Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır
Türkiyənin müdafiə sənayesinin sürətli inkişafı İsraildə diqqət çəkir
Maya dişçilərinin qədim bacarıqları: Yad daşla bəzədilmiş diş
Avropanın ən yaşıl şəhəri haradadır? 2028 üçün səkkiz finalçı açıqlandı