“Lion”un prezidenti: “Messini soyuqdəymə tutsa, bizim üçün yaxşı olacaq”
Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Ola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın “Barselona” komandasına qarşı evdə keçirəcəkləri ilk oyun ərəfəsində maraqlı açıqlama verib.
“Report”un məlumatına görə, 70 yaşlı funksioner “Daily Express”ə rəqibin lideri və kapitanı Lionel Messinin soyuqəymə tutacağı təqdirdə, onlar üçün yaxşı olacağını söyləyib: “2004-cü ildə Kriştianu Ronaldulu “Mançester Yunayted”ə qarşı oynamışıq, portuqaliyalı raket kimi idi. Həmçinin Devid Bekhem və Lionel Messi kimi oğlanlarla qarşılaşmışıq. Hərçənd, argentinalı hücumçu bizə qarşı elə də yaxşı təsir bağışlamayıb. Bu tendensiyanın davam edəcəyinə ümid bəsləyirik. Leonu soyuqdəymə tutsa, bizim üçün yaxşı olacaq”.
Qeyd edək ki, bu gün keçiriləcək “Lion” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?