“Əlil Qadınlar Cəmiyyəti” sədrinin 1 milyon pulunu mənimsədilər
Azərbaycanda “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın təxminən 1 milyon manat pulunu ələ keçiriblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Rəhimova ötən ilin dekabrında bununla bağlı Baş Prokurorluğa müraciət edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məhluqə Rəhimova qeyd edib ki, 2010-2011-ci illərdə Bakı sakini – 1950-ci il təvəllüdlü İslam Qulam oğlu Süaci onu aldadaraq 340 min dollar və 181 500 manat pulunu ələ keçirib. Həmçinin, paytaxt sakini 1957-ci il təvəllüdlü Ramis Mövlüd oğlu Nadirov ondan 310 500 manat alaraq mənimsəyib.
İş materialları bir neçə gün öncə araşdırılması üçün Nizami RPİ-yə göndərilib.
Məhluqə Rəhimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ əlillər cəmiyyəti ilə bağlı deyil, şəxsi məsələsidir: “Bizim həmin vaxt müəyyən proqramlarımız olurdu, onlar da özlərini yüksək vəzifəli şəxs kimi tanıdaraq bizə dəstək olacaqlarını demişdilər. Əslində heç yerdə işləmirmişlər. Dələduzdular, təkcə məni yox, başqa adamları da aldadıblar.
Müraciət etmişəm, “Banditizm”in (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) rəisi, general Əbülfət Rzayevlə də görüşdüm, dedi kömək edəcəyik. Onları tutacaqlar, pul aldıqlarını etiraf etdikləri əl yazıları da var.
Onlar illərdi qaçıb gizlənmişdilər, İslam Rusiyaya getmişdi, Ramiz Gürcüstana qaçmışdı. Çoxdandı onları axtarırdılar, indi daha onlara “Stop” qoyulub, qaça bilməyəcəklər”.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı