29.12.2021 - 16:27
Ölkə
17 baxış
Əli Əsədov bu qərara dəyişiklik etdi
Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul 2009-cu il tarixli qərarında dəyişiklik edib.Minval.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük avtomobillərinin icazə verilən ümumi kütləsi üçoxlu avtomobil üçün 24 tondan 25 tona, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobillər üçün isə 25 tondan 26 tona dəyişdirilib.
Bundan başqa, yəhərli avtoqatarların icazə verilən ümumi kütləsi ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə 38 tondan 40 tona çatdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
14.09.2026 - 11:17
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
14.09.2026 - 10:56
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
14.09.2026 - 10:07
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
14.09.2026 - 10:00
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
14.09.2026 - 09:25
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
14.09.2026 - 08:50
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
13.09.2026 - 21:17
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
13.09.2026 - 19:25