Əli Həsənovun nəvəsi hökmdən narazıdır - Apellyasiyaya verdi

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ona verilən hökmdən narazı qalıb.
N.Allahverdiyev və vəkilləri cəzanın ağır olması qənaətinə gəliblər və hökmdən apellyasiya şikayəti verərək yüngülləşdirilməsini istəyiblər. Onların şikayəti üzrə məhkəmə prosesi aprelin 17-də başlayacaq.
N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.
Qəza zamanı N.Allaheverdiyevlə yarışan və avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb. Cəzasını çəkdikdən sonra azadlığa çıxıb/qafqazinfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO
Rusiyada fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında - şok təfsilat
Şəmkirdə ağır qəza: ÖLƏN VAR
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
Bakıda ticarət mərkəzi yanır - FOTO, VİDEO
Ramiz Zeynalovun qohumunu qətlə yetirən şəxs tutuldu - TƏFƏRRÜAT