30.11.2021 - 10:49
İdman 1 baxış

Lev Yaşin mükafatının qalibi müəyyənləşib

“France Football” nəşrinin 2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis etdiyi Lev Yaşin mükafatının qalibi müəyyənləşib.

Minval.info-nun məlumatına görə, sözügedən mükafata İtaliya millisinin və Fransanın PSJ klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.

O, mükafat uğrunda mübarizədə kosta-rikalı Keylor Navas (PSJ, Fransa), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Yan Oblak (“Atletiko”, İspaniya), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), danimarkalı Kasper Şmeyxel (“Lester”, İngiltərə), belçikalı Tibo Kurtua (“Real Madrid”, İspaniya), seneqallı Eduard Mendi (“Çelsi”, İngiltərə) və agentinalı Emiliano Martinesi (“Aston Villa”, İngiltərə) qabaqlayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: