"Legiya"nın baş məşqçisindən Mahir Emrelini qürurlandıran AÇIQLAMA

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Çexiyanın “Slaviya” (Praqa) klubu ilə keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı keçirib.
Minval.info xəbər verir ki, Polşa klubunun çalışdırıcısı Azərbaycan millisinin üzvü Mahir Emrelidən də danışıb. Mütəxəssis bildirib ki, Emreli “Slaviya” matçında ilk dəqiqələrdən meydanda ola bilər:
“Mahir “Budo Qlimt”ə qarşı Çempionlar Liqası oyunundan öncə də mənimlə mətbuat konfransında idi. O, bizim maskotumuzdur. “Slaviya” matçında start heyətində ola bilər. Emreli bunun üçün hər şeyi edir və deyərdim ki, şansı yüksəkdir. Lakin hazırda start heyəti ilə bağlı 2 şübhəli məqam var. Birincisi, müdafiənin mərkəzində və cinahlarında oynaya bilən Artur Yendjeyçikin heyətə daxil edilməsidir. Digər sual işarəsi isə Bartoş Slişlə əlaqədardır. O oynamasa, meydana kim çıxmalıdır? Bütün suallara oyun günü aydınlıq gələcək”.
Qeyd edək ki, bu gün oynanılacaq “Legiya” – “Slaviya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Qalatasaray" "Şalke"yə, "Barselona" "İnter"ə qarşı - Çempionlar Liqası
Azarkeşlər Mahir Emrelini seçdilər
Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub - VİDEO
Formula 1 üçün jurnalistlərin akreditasiyası başlayır
Çempionlar Liqasındə gərgin gecə: Komandalardan əzmkar mübarizə - VİDEO
Ronaldodan yeni klubu ilə bağlı AÇIQLAMA