"Legiya"nın baş məşqçisi: "Mahir Emreli sürətli və güclü hücumçudur"
“Hazırda Emreli və Pexart meydana start heyətində çıxmaq üçün bir-biri ilə yarışır. Məşqdə özünü yaxşı tərəfdən göstərən futbolçu daim oynayacaq”.
Minval.info-nun məlumatına görə, bu fikirləri Polşa “Legiya”sının baş məşqçisi Marek Qolebiyevski komandanın hücum xəttindəki rəqabət barədə yerli mətbuata açıqlamasında deyib.
Mahir Emreli ilə Tomaş Pexartı müqayisə edən 41 yaşlı mütəxəssis azərbaycanlı futbolçunun fərqli keyfiyyətlərə malik olduğunu bildirib: “Mahir sürətli və güclü oyunçudur. Pexart isə cərimə meydançasında hava topları zamanı yaxşı oynayır. Çexiyalı hücumçu tipik 9 nömrədir. Ötən mövsüm 20 qol vurduğu üçün onunla tez-tez danışır, bunu unutmamalı olduğunu söyləyirəm. Təəssüf ki, hər zaman istədiyi topları ala bilmir. Bəzən isə zərbələrdə dəqiqlik çatmır. Ümid edirəm ki, hər ikisi qarşıdakı matçlarda tilsimi qıracaq”.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Legiya”nın heyətində 10 qol vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb