“Legiya” Mahiri qəhrəman adlandırdı

“Legiya”nın heyətində dubl edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli komandası tərəfindən qəhrəman kimi təqdim edilib.
Minval.info xəbər verir ki, Polşa komandasının rəsmi sosial şəbəkə hesabında Mahirin fotosu paylaşılaraq qəhrəman (Hero) şərhi yazılıb.
Həmçinin, M. Emreli dünəndən etibarən sosial şəbəkələrin də gündəmini zəbt edib, paylaşım platformalında ən çox müzakirə olunan şəxs olub.
Qeyd edək ki, həmyerlimiz Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Çexiyanın “Slaviya” klubu ilə keçirilən ev oyununda iki qolla komandasını irəli aparıb.
O, 59 və 70-ci dəqiqələrdə fərqlənib. Mahirin vurduğu qollar Polşa klubunu Avroliqanın qrupuna daşıyıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
