Lənkəranda müəllimin meyiti quyuda tapıldı
Lənkəran sakini bədbəxt hadisə nəticəsində boğularaq ölüb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, 1959-cu il təvəllüdlü Lənkəran şəhər sakini Mirzadə Mirhəsən qızı Əsgərova su quyusuna yıxılaraq ölüb.
Bədbəxt hadisədən onun bacısı xəbər tutub. M.Əsgərovanın evdə olmadığını görən qadın onu axtarıb. O, bacısına məxsus ayaqqabının bir tayını həyətdəki quyunun kənarında tapıb. Bundan sonra quyuda M.Əsgərovanın meyiti aşkarlanıb.
Onun yıxılaraq xəsarət aldığı və suda boğulduğu bildirilir. M.Əsgərovanın meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, M.Əskərova Lənkəranda 40 ildən çox bədən tərbiyəsi müəllimi işləyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Metroya daxil olmağa çalışan koronavirus xəstələri aşkarlanıb
Şəkidə 23 yaşlı qız zəhərləndi
Azərbaycanda arvad təqaüddə olan polis ərini düydü
Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər
Prezidentdən öldürülən polislərlə bağlı MÜHÜM SƏRƏNCAM
Maşınla vurulan 11 yaşlı uşaq öldü
“Ququ” ləqəbli kriminal “avtoritet” intihar edib