12.08.2026 - 14:01
Kriminal 15 baxış

Lənkəranda meşədə tapılan cəsədlərin sirri: Ölümün arxasında nə dayanır?

Lənkəranda meşəlik ərazidə iki şəxsin meyitinin tapılması ilə əlaqədar cinayət işi açılıb.

Minval.info xəbər verir ki, avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığında yerləşən meşədə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalar nəticəsində meyitlərin 1997-ci il təvəllüdlü Mirzəyev Xəzər Vurğun oğlu və 2010-cu il təvəllüdlü Məmmədova Fidan Şahid qızına aid olduğu müəyyən edilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb və ibtidai istintaq aparılır.

Hazırda hadisənin bütün halları, eləcə də şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılır. Bu məqsədlə müvafiq ekspertizalar təyin edilib və aidiyyəti dövlət qurumları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: