Kürdəmirdə maşın yanaraq külə döndü -

Kürdəmirdə vətəndaşa məxsus avtomobil və qarajı yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb. Belə ki, Ərşəli kənd sakini 23 yaşlı İsgəndərov Niyaməddin Adil oğlu atası İsgəndərov Adil Paşa oğluna məxsus “VAZ 21011” markalı avtomaşını həyətdə yuduqdan sonra yardımçı tikilinin altında saxlayıb.
Gecə saat 2 radələrində ev sakinləri avtomobilin və qarajın yandığını görüblər. Qonşuların köməkliyi ilə yanğını söndürüblər. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınsa da, avtomobil külə dünüb.
Hadisə yerinə Kürdəmir RPŞ-nin əməkdaşları dəvət olunub və olay yerinə baxış keçirilib. Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra məlum olacaq.
Ev sahibləri iddia edirlər ki, maşını və qarajı qəsdən yandırıblar, çünki onlar hər hansı qəzanın baş verməməsi üçün əvvəldən akkumlyatoru ayırıblar.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?