Kürdəmirdə koronavirus xəstəsi aptektdə saxlanılıb
Kürdəmirdə yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstəsi saxlanılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 xəstəliyinin analizi pozitiv çıxmış və hazırda virusun daşıyıcısı olan rayonun Şahsevən kənd sakini 1990-cı il təvəllüdlü Usubov Musa Malik oğlunun yaşadığı evi icazəsiz tərk etməsi halı polis əməkdaşları tərəfindən müəyyən edilib.
Musa Usubov yaşadığı evdən 10 km aralıda yerləşən aptekə gedərək virusun digər insanlara keçməsi təhlükəsi yaradıb. Dərhal Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Musa Usubov saxlanılıb, onunla profilaktik söhbətlər aparıldıqdan sonra yaşadığı evə geri gətirilib.
Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
