19.09.2026 - 12:09
Ölkə 15 baxış

Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!

Bakıda Koroğlu parkı ətrafında aparılan təmir işləri ilə əlaqədar olaraq 5 avtobus xəttinin hərəkət istiqamətində dəyişikliklər edilib. Bu dəyişikliklər 3, 17, 20, 33 və 88 nömrəli avtobus marşrutlarını əhatə edir. Qeyd olunan marşrutlar, Ənvər Qasımzadə küçəsindən sola dönərək Mirəli Qaşqay küçəsi ilə hərəkət edir və daha sonra əvvəlki hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.

Minval.info xəbər verir ki, əlavə olaraq, 20 nömrəli avtobus marşrutu üzrə Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında yol təmiri işləri aparılır. Bu səbəbdən, 20 nömrəli xətt üzrə avtobuslar Surxay Nəcəfov küçəsi ilə hərəkət edirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: