Koronavirusun ölümcül fəsadı açıqlandı
Koronavirus xəstəliyinin üstündən keçən iki həftə ərzində kəskin ürək-damar xəstəlikləri ehtimalı xeyli artır.
“Minval.info” xəbər verir ki, belə bir qənaət İsveçin Umea Universitetinin bir qrup əməkdaşı tərəfindən “The Lancet” nəşrində dərc edilən tədqiqatda yer alır.
Belə ki, tədqiqatda COVID-19-a yoluxanlar ilə işemiyalı insult və miokard infarktını keçirmiş şəxslərdə həmin halların təkrarlanması müqayisəli təhlil edilib. Nəticədə koronavirusun adıçəkilən xəstəliklərə tutulma ehtimalını 3 dəfəyədək artırdığı müəyyənləşdirilib.
Bütövlükdə tədqiqatda 86 472 xəstə iştirak edib ki, bu da müəlliflərə görə bu cür araşdırmalar üçün indiyədək qeydə alınan ən yüksək rəqəmdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!