Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, iclasda “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını və ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “River İnşaat Makine Gida Tarım Sanayi və Ticaret Limited” şirkətinin “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi, inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsinə dair iddia tələbi və sair barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Dünya Bankı: Yeni inkişaf perspektivləri
Azərbaycanın ticarət dövriyyəsi 30 milyardı keçdi
Qarabağ KOB-ları: Yeni təlimlər uğurla tamamlandı
Sevinc Məmmədova ABŞ-da prorektor təyin edildi
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Şəkidə faciə: Ailə AzTV-yə etiraz etdi
Afaq Gəncəli doğum gününü xanımlarla qeyd etdi