Bakıda sabah 28 dərəcə isti gözlənilir
Sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz isə 25-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-50 % təşkil edəcək.
Minval.info xəbər verir ki, Azərbaycanın digər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi bölgələrdə qısamüddətli yağış və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlıq ərazilərdə isə gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı