Komitə sədrləri və bir neçə deputat təcili parlamentə toplandı
Sentyabrın 17-də Milli Məclisin (MM) komitə sədrlərinin iştirakı ilə iclas keçirilib.
Bu haqda Oxu.Az-a Milli Məclisdən (MM) məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaranmasının, Azərbaycan parlamentarizm tarixin 100 illik yubileyi ilə əlaqədar olaraq MM-də komitə sədrlərinin, parlamenti beynəlxalq qurumlarda təmsil edən bir neçə deputatın, nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə təcili iclas keçirilib.
İclasda komitə sədrlərinə və deputatlara sentyabrın 21-də keçiriləcək xüsusi iclasla bağlı bir sıra tapşırıq və təlimatlar verilib.
“Çünki 21-də keçiriləcək iclas adi iclas deyil. Azərbaycan tarixində, xüsusilə də, parlamentarizm tarixində ən önəmli iclaslardandır və onun ən yüksək səviyyədə baş tutması lazımdır. Odur ki, iclas öncəsi belə bir iclasa ehtiyac duyuldu” – deyə, MM-dən sonra bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu