Kolumbiyada zəlzələnin ardınca yeni təkanlar: Xilasedicilər zamanla yarışır
Kolumbiyada baş verən güclü zəlzələdən sonra yeraltı təkanlar davam edir. 7,4 maqnitudalı zəlzələnin ardından ölkədə daha beş təkan qeydə alınıb.
Minval.info xəbər verir ki, Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, son saatlarda qeydə alınan ən güclü təkanların maqnitudası 3,6 olub. Bu təkanlar San-Xose-del-Palmar yaxınlığında baş verən zəlzələnin ardınca qeydə alınıb.
Avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində 160-dan çox insan həyatını itirib. Hazırda xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər. “El Tiempo” qəzeti bu hadisəni son 27 ildə Kolumbiyada baş verən ən dağıdıcı zəlzələ kimi dəyərləndirib.
Təkanlar paytaxt Boqota ilə yanaşı, Pereyra və Manisales şəhərlərində də hiss olunub. Çoxsaylı evlər dağılıb və ölkədə fövqəladə vəziyyət elan edilib. Zəlzələ nəticəsində bir sıra avtomobil yollarında hərəkət dayanıb, hava limanlarının fəaliyyəti isə müvəqqəti olaraq məhdudlaşdırılıb. Dağıntılar altından bir körpə də xilas edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş