Kolbasa və sosiska alanların nəzərinə - DİQQƏTLİ OLUN!
Azərbaycanda ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlanıb.
Minval.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Digər qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri kimi ət və ət məhsullarının satışı müəssisələrində də AQTA tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”indən çıxarış alınaraq yoxlamalar həyata keçirilir. Həyata keçirilən yoxlamalar zamanı bir sıra müəssisələrin havalandırma sistemi ilə təmin edilmədiyi, tavan, döşəmə və divarlar asan yuyulan gigiyenik materiallarla üzlənmədiyi, eyni zamanda ətin satışı, saxlanması və emalı üçün bazarda baytarlıq-sanitariya tələblərinə uyğun şəraitin olmadığı müəyyən edilib. Hazırda bu sahədə aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir”, – AQTA-dan bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
