Kofe içməyin 7 faydalı təsiri
Qəhvə dünyanın ən çox istehlak edilən içkilərdən biridir.
Bir çoxları günə qəhvə içmədən başlaya bilmir. Bu içki növünün insanı gün boyu gümrah saxladığı artıq hamıya məlumdur.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Ancaq bəziləri qəhvənin asılılıq yaradacağından qorxaraq bu içkidən qaçınır. Qəhvənin məsləhət görülən limiti gündəlik 400 milli qram olaraq təyin edilib və bu limit keçildikdə insanda ürək döyüntülərinin sürətlənməsi və İnsomniaya səbəb ola bilir.
Minval.İnfo bir sıra araşdırmaların nəticələri olaraq qəbul edilən qəhvənin 7 faydalı təsirini sizlərə təqdim edir.
1.Qaraciyər üçün xeyirlidir
“Alimentary Pharmacology and Therapeutics”-in araşdırmalarına görə qəhvə daha çox alkoqolun təsiri ilə yaranan “Cirrhosis” xəstəliyi riskini azaldır. Gündəlik 1 fincan qəhvə içən insanlarda bu xəstəliyin riski 22% azdır.
2.Ürəyə xeyirlidir
(BMJ-ə əsasən) 200-dən çox araşdırmanın nəticələrinə görə, günə 3, 4 fincan qəhvə içən insanlarda “cardiovascular” xəstəliklərinin görülməsi riski 19% azdır.
3.İkinci tip diabetin riskini azaldır
“Jama İnternational Medicine”-nin araşdırmalarının nəticəsinə görə, hər gün içilən qəhvə 2-ci tip diabet riskinin 7% azaldılması ilə birbaşa əlaqəlidir.
4.Xərçəng riskini azaldır
“European Journal of Cancer Prevention” və “BMJ”-nin aşdırmalarının nəticələrinə görə, günə ən az bir fincan qəhvə içən insanlarda endometrial xərçənginin görülməsi riski 8% azdır.
5.Altsheymer və dementia riskini azaldır
“Journal of Alzheimer’s Disease” və “European Journal of Neurology” təşkilatlarının araşdırmalarına görə, qəhvə istehlakçılarının bu xəstəliklərdən əziyyət çəkmə ehtimalı 16% azdır.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
6.Depressiyanı aradan qaldırmağa kömək edir
50000 qadının iştirakı ilə keçirilmiş araşdırmanın nəticələrinə görə, günə bir fincan 15%, iki fincan isə 20% depressiya riskini azaldar.
7.Uzunömürlü edir
185855 amerikalının təsdiq etdiyi araşdırmanın nəticələrinə görə, günə üç fincan qəhvə içmək kişilərdə erkən ölüm riskini 12%, qadınlarda isə 7% azaldar.
Tamerlan
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
