KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanılıb
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi saxta fişinq saytları yaradaraq vətəndaşların bank kartı məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb.
Minval.info xəbər verir ki, kiberpolisin həyata keçirdiyi əməliyyat nəticəsində Məhəmməd İbadov və Hüseyn Kazımov cinayət əməllərində şübhəli bilinərək məsuliyyətə cəlb ediliblər.
Araşdırmalar zamanı məlum olub ki, H.Kazımov və M.İbadov “Telegram” platformasında kompüter, noutbuk və mobil telefonların böyük endirimlərlə satıldığı, eləcə də sərfəli kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər. Onlar bu elanların daha geniş auditoriyaya çatdırılması üçün ödənişli internet reklamlarından istifadə ediblər.
Elanlara daxil olan vətəndaşlar, endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək, saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu məlumatlar dərhal şübhəli şəxslərin əlinə keçib. Kiberdələduzlar bu məlumatlardan istifadə edərək zərərçəkmişlərin hesablarından pul oğurlayıblar. H.Kazımov və M.İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb və əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Vətəndaşlara bir daha xatırladırıq ki, internet üzərindən təqdim olunan endirimli satış və sərfəli kredit təklifləri ilə rastlaşdıqda ehtiyatlı olmalıdırlar. Bank kartı məlumatlarını yalnız rəsmi internet səhifələrinə daxil etsinlər, ünvan sətrini diqqətlə yoxlasınlar və kartın CVV, eləcə də SMS təsdiq kodunu heç bir halda üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat vermələri tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qaxda dəhşətli qəza: ölən və xəsarət alanların kimliyi məlum oldu
Abşeronda qızıl, Bakıda və Sumqayıtda velosiped oğruları saxlanılıb
Notarius Səbuhi Əliyev birinci məhkəməsində həbs olundu
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib
Azərbaycanda ata oğlunu öldürdü