Klinikalarda "check-up" - QİYMƏTLƏRİ, SİYAHI
“Check-up” konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud ola biləcək və ya mövcud xəstəliklərin erkən müəyyən edilməsinə imkan verən müayinələr kompleksidir.
“Kommersant.az” xəbər verir ki, müxtəlif çeşiddə müayinələri özündə birləşdirən “check-up” proqramının ən azı ildə bir dəfə aparılması məsləhətdir.
Bəs Azərbaycanda “check-up” müayinəsi neçəyədir?
Suala cavab tapmaq məqsədi ilə paytaxtda fəaliyyət göstərən bir neçə klinikadakı standart “check-up” qiymətləri ilə maraqlandıq. Araşdırmamız nəticəsində məlum oldu ki, ümumi “check-up”ın qiyməti klinikalar üzrə 20 – 394 manat arasında dəyişir. Müayinəyə əsasən, hemoqram, döş qəfəsinin rentgeni, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, qanın, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsi daxildir.
Klinikalar üzrə standart “check-up” qiymətlərini təqdim edirik:
Avrasiya Klinikası
Standart “check-up” yoxdur. Terapevtik “check-up” isə 50 manatdır. Kampaniya yoxdur.
Baku City Hospital
Standart “check-up” 58 manatdır. “Check-up”lar kampaniya çərçivəsində həyata keçirilir.
Modern Hospital
Hazırda standart “check-up” xidməti göstərilmir.
Neftçilər Xəstəxanası
Xəstəxanada yalnız şirkət işçilərini “check-up” edirlər.
Medical Plaza
Ümumi”check-up”ın qiyməti 350 manatdır. Hər hansı bir kampaniya tətbiq olunmur.
Mərkəzi Klinika
40 yaşından aşağı qadınlar üçün ümumi “check-up” 165 manat, kişilər üçün isə 110 manatdır. Kampaniyalar yoxdur.
Leyla Şıxlinskaya klinikası
Klinika “check-up”larla işləmir.
Mərkəzi Gömrük Hospitalı
40 yaşdan aşağı şəxslər üçün standart “check-up”ın qiyməti 306 manat, 40 yaşdan yuxarı pasientlər üçün isə 394 manatdır. Kampaniya keçirilmir.
Oksigen Klinik Xəstəxanası
Klinikada ümumi “check-up”ın qiyməti 145 manatdır.
Ömür Klinikası
Klinikada standart “check-up” yoxdur. Döş qəfəsinin rentgeni 12 manat, EXO 40 manat, qarın boşluğunun müayinəsi isə 30 manatdır.
Bioloji Təbabət Klinikası
Klinikada qadınlar üçün ümumi “check-up” 196 manat, kişilər üçün isə 191 manatdır. Hazırda süd vəzisinin “check-up”ına kampaniya var.
Vital Klinika
Klinikada standart “check-up”ın qiyməti kampaniya çərçivəsində 20 manatdır. Kampaniya ayın sonunadək davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!