Kiyevdə yenidən partlayış səsləri eşidildi
Kiyev vilayətinin Vasilkov icmasında partlayış səsləri eşidilib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya qoşunları bundan əlavə Xarkov vilayətində yaşayış məhəllələrini atəşə tutublar.
“Kiyev vilayətində Vasilkov icmasında partlayış səsləri eşidilib, ilkin məlumatlara görə, hava hücumundan müdafiə vasitələri işə düşüb. İşğalçılar gün ərzində Zoloçiv və Derhaçini atəşə tutublar, itkilər var. İzyum istiqamətində döyüşlər gedir. Luqansk vilayətində son 24 saat ərzində 24 atəş qeydə alınıb. Donetsk vilayətində bütün cəbhə xəttində döyüşlər davam edir. Mariupol dəyişməzdir: martın 1-dən davam edən blokadaya baxmayaraq, ordumuz düşmənə müqavimət göstərir. Xerson vilayətində partlayış və mərmi səsləri eşidilib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Regionda bir çox yaşayış məntəqələrində – humanitar böhran, rusların talanları davam edir”, – deyə yerli KİV məlumat yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdam sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu
Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır
Yeni sədr dövlət qurumunda kadr dəyişikliyinə başladı - ADLAR
Bakıda icra başçısının müavini koronavirusdan vəfat etdi
Müəllimə axşam zəng etməyin - qadağaya kim nə deyir?
“Heç bir ərazi itkimiz yoxdur” - Azərbaycan MN
Mehman Hüseynov xərçəngə qalib gəldi - FOTO