03.08.2026 - 14:27
Ölkə 17 baxış

Kitabxanalar niyə boş qalıb? – Köhnə sistemin çöküşü və yeni çağırışlar

Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün təşkil etdiyi attestasiya, cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çox kitabxana işçisi, uzun illər bu sahədə çalışmasına baxmayaraq, informasiya və kommunikasiya texnologiyaları üzrə suallara görə peşəkar hesab edilmədiklərini bildirir. Sosial mediada bu mövzu ilə bağlı emosional paylaşımlar edilir və nazirlik tənqid olunur.

Minval.info xəbər verir ki, işini itirmək hər kəs üçün ağır bir zərbədir, xüsusilə də həyatının 20-30 ilini eyni sahəyə həsr etmiş insanlar üçün. Onların başqa gəlir mənbəyi yoxdursa və himayələrində ailə üzvləri varsa, vəziyyət daha da çətinləşir.

Lakin bu məsələyə yalnız emosional yanaşmaq əsas sualı görməmək deməkdir. Əsas sual budur: Azərbaycanda kitabxanalar həqiqətən fəaliyyət göstərirdimi, yoxsa dövlət illərdir “kitabxana” adlandırılan, əslində isə oxucusunu və missiyasını itirmiş bir sistemi maliyyələşdirirdi?

Sovet dövründə kitabxanalar kənd və rayonların ən vacib mədəniyyət ocaqlarından biri idi. İnternet və elektron kitabların olmadığı dövrdə məlumat əldə etməyin əsas yolu kitabxanadan keçirdi. Lakin bu gün vəziyyət tamamilə dəyişib. İnsanlar kitabları telefonlarında oxuyur, elmi məqalələri internetdən tapır və audiokitablar dinləyir.

Kitabxanaların böyük bir hissəsi əvvəlki missiyasını itirib. Bəzi kitabxanalar aylarla açılmır və oxucu sayı demək olar ki, yoxdur. Gənclərin axtardığı müasir Azərbaycan yazıçılarını, dünya bestsellerlərini və yeni elmi nəşrləri bir çox kitabxanada tapmaq mümkün deyil. Belə olan halda, oxucular niyə kitabxanaya getsin?

İyunun 10-da Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə təqdim olunan hesabat, illərdir danışılan problemləri rəqəmlərlə ortaya qoydu. Adil Kərimli, mövcud kitabxana şəbəkəsinin ölkənin tələbatının yalnız 35 faizini qarşıladığını bildirdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: