Kişilərdə xərçəng xəstəliyinin altı əlaməti
Cancer Research UK təşkilatının mütəxəssisləri kişilərdə xərçəng xəstəliyinin əsas əlamətlərini açıqlayıblar.
“Daily Express” nəşrinin məlumatına görə, həkimlər hesab edirlər ki, sidik və nəcisdə qan izləri sidik kisəsi yaxud bağırsaq xərçənginin göstəricisi ola bilər.
Eyni zamanda döş formasının dəyişikliyi, döş giləsindən ifrazat döş xərçənginin əlaməti sayıla bilər.
Mütəxəssislər dayanmadan öskürən kişilərə də həkimə müraciət etməyi məsləhət görürlər. Öskürək zamanı tüpürcəkdə qan izləri varsa, bu, təhlükəli xəstəliyin göstəricisi sayılır.
Həmçinin qəflət arıqlama, sidiyə gedərkən yaranan problemlər, eləcə də testikul formasının və ölçülərinin dəyişməsi müşahidə olunarkən dərhal həkimə müraciət etmək tövsiyə edilir.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!