"Keşlə"nin hücumçusu: "Çin klubunun mənə böyük məbləğdə borcu var"
“Çinin “Nan
tonq Jiun” klubunun mənə 3 aylıq maaş borcu var. Rəqəmi deməyəcəyəm, amma kifayət qədər böyük məbləğdir”.
“Minval.info” xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Keşlə”nin hücumçusu Anatol Abanq Çinin “Nantonq Jiun” klubunun onu İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etməsi barədə danışarkən deyib.
Kamerunlu hücumçu bildirib ki, CAS mübahisəli məsələni bu ayın sonunda müzakirəyə çıxaracaq: “Çin klubu müqavilə şərtlərini yerinə yetirmirdi. Orada həm məvacib, həm də mənzillə bağlı problem var idi. Klub mənimlə müqaviləni pozduqdan sonra agentimlə məsləhətləşib FIFA-ya müraciət etdim. Ali futbol qurumu şikayətimi təmin etdikdən sonra bu dəfə qarşı tərəf CAS-a üz tutdu. İnanıram ki, məhkəməni mən udacağam”.
Qeyd edək ki, Anatol Abanq “Keşlə”də 2020-ci ilin dekabrından çıxış edir. O, “Nantonq Jiun” klubunun formasını 2019-cu ildə geyinib. CAS-da dinləmələr sentyabrın 30-da olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?