"Keşlə" klubu baş məşqçisini istefaya göndərib
“Keşlə” futbol komandasının baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib.
Klubun mətbuat xidmətindən verilən məlumatına görə, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib. Bu qərar qəsəbə təmsilçisinin Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Səbail”ə 1:2 hesabı ilə uduzduğu oyundan sonra qəbul olunub. Komandada baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq, köməkçi-məşqçi Zaur İsmayılova tapşırılıb.
Qeyd edək ki, Mladen Milinkoviç “Keşlə”yə iyulun 25-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda keçirdiyi 8 oyundan 5-də uduzub, 1-də qalib gəlib. İki matçda heç-heçə edən paytaxt təmsilçisi hazırda 5 xalla 7-ci pillədədir və son sıradakı “Zirə”ni 1 xal qabaqlayır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İbrahimoviç rəqib oyunçunun başına şillə vurdu və… – VİDEO
Ronaldosuz yarımfinal - Son 9 ildə ilk dəfə
Güləşçimiz Avropa çempionu oldu - FOTO
“Mölde”dən gözlənilməz istək, "Qarabağ"dan rədd cavabı
Bu gün "Qarabağ" Çempionlar Liqasında "Olimpiya" ilə cavab görüşünə çıxacaq
Erməni gimnastlar: "Bakı təhlükəsizdir, sakinləri isə mehribandır" - VİDEO
Ronaldo yeni rekorda imza atdı