"Keşlə" klubu baş məşqçisini istefaya göndərdi
“Keşlə” klubu baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib.
Klubun mətbuat xidmətindən verilən məlumatına görə, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib. Bu qərar qəsəbə təmsilçisinin Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Səbail”ə 1:2 hesabı ilə uduzduğu oyundan sonra qəbul olunub. Komandada baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq, köməkçi-məşqçi Zaur İsmayılova tapşırılıb.
Qeyd edək ki, Mladen Milinkoviç “Keşlə”yə iyulun 25-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda keçirdiyi 8 oyundan 5-də uduzub, 1-də qalib gəlib. İki matçda heç-heçə edən paytaxt təmsilçisi hazırda 5 xalla 7-ci pillədədir və son sıradakı “Zirə”ni 1 xal qabaqlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?