29.12.2018 - 15:16
Gündəm
40 baxış
Keşlədəki güllələnmə ilə bağlı rəsmi məlumat
Daxili İşlər Nazirliyi Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb.
Nazirliyin məlumatına görə, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.
Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gəlib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.
Z.İsmayılov tutulub, silahı evdən götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
17.09.2026 - 16:16
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
17.09.2026 - 16:15
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
17.09.2026 - 15:27
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
16.09.2026 - 13:00
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
10.09.2026 - 22:42
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18