“Keşlə” klubu baş məşqçisini dəyişməyə hazırlaşır. “Minval.info” xəbər verir ki, bakılılar mövsümün startından bəri komandanın qazandığı nəticələrdən narazıdır. 

3 oyuna 3 məğlubiyyət alan komandanın prezidenti Zaur Axundov Sənan Qurbanovun yerinə baş məşqçi axtarışındadır. Əsas namizədlərdən biri isə türkiyəli çalışdırıcı Yüksel Yeşilovadır.

Onunla artıq ilkin danışıqlar da aparılıb.

“Keşlə”nin prezidenti Zaur Axundov açıqlamasında Yüksel Yeşilova ilə maraqlanmadıqlarını bildirib.

Lakin əldə etdiyimiz məlumata görə, Yeşilova ilə bağlı son qərar AFFA ilə danışıqlardan sonra veriləcək.

52 yaşlı Yeşilova kifayət qədər təcrübəli məşqçidi. 2002-ci ildə Rumıniyada karyerasına başlayan Yüksəl bəy daha çox köməkçi kimi fəaliyyət göstərib. Almaniya və Türkiyənin aşağı liqa klublarında müxtəlif vaxtlarda yardımçı, eləcə də baş məşçqi işləyən bu şəxs Makedoniyada çalışmağa da imkan tapıb. Bir ara hətta Rusiyada – “Mordoviya” və “Kuban”da görünən mütəxəssis son olaraq Buxarest “Rapid”ində (Rumıniya) işləyib. İndi isə “Keşlə”yə baş məşqçi gəlməsi realdır. Yeşilova Yuri Syomin kimi məşhur mütəxəssisin köməkçisi də olub.

O, dünyada 5 məşqçidən biridir ki, 5 dil bilir.