Azərbaycanda keçmiş sədr dövlət büdcəsindən 161 min mənimsəyib - Hər şeyin üstü açıldı
“Rabitə işi” ilə bağlı daha bir yüksək vəzifəli şəxs məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qəbələ Rayon Telefon Qovşağının keçmiş rəhbəri Şahin Tağıyevin təqsirləndirilən şəxs qismində cəlb olduğu cinayət işi üzrə məhkəmə bu gün başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda Ş.Tağıyevin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, o, istintaq zamanı həbs olunmadığı üçün hazırda azadlıqdadır.
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 3-də davam etdiriləcək.
İttihama görə, Ş.Tağıyev vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsindən 161 min manat mənimsəyib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu