Keçmiş deputat gəlinini “Bandotdel”ə şikayət etdi
Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) çağırılıb.
Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda A. Cəbiyevanın özü məlumat verib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
O, keçmiş qayınatası, eks-deputat Rizvan Cəbiyevin ondan şikayətçi olduğunu söyləyib: “Rizvan müəllim, keçmiş qayınatam məndən şikayətçi olub. Guya, onların evinə getmişəm, hədə-qorxu gəlmişəm. Mən kiməm ki, hədə-qorxu gələm? Bu günə kimi heç kəsdən şikayətçi olmamışam, Rizvan Cəbiyevlə isə heç vaxt problemim olmayıb. Həmişə qeyd eləmişəm ki, o, övladlarıma dəstək olub. Ancaq keçmiş qayınatamın məni “Bandotdel”ə şikayət etməsinə şoka düşdüm. Məni niyə görə çağırıblar? Anar deyir ki, qanun biz tərəfdəndi, deputat oğluyam. Bəli, bunun şahidi də olmuşam. Hər yerdə təzyiq göstəriblər. Mənim problemim Anarladır, iki övladımız var. Deyirəm ki, övladlarına atalıq etsin”.
A.Cəbiyeva iki gün əvvəl sabiq deputatla üzləşdiyini qeyd edib: “İki gün bundan əvvəl üzləşmədə olduq. Heç bir məntiqə uyğun sözlər deyilmədi. Müstəntiq də şahid oldu. Rizvan müəllim gördü ki, haqlıyam. Dedi ki, mənimlə baş-başa gəlmə, nələrə qadirəm, bilmirsən. Oğlu bir yandan, atası da bir yandan hədələyir. İndi qərar verilməlidir. Onların təzyiqi olmasa, haqq öz yerini tapacaq”.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
