"Kayrat"ın futbolçusu: "Hamımız şoka düşmüşdük"

“İnsidentin necə baş verdiyini özümüz də bilmədik. Aeroporta eniş etdik, hər şey yaxşı idi. Sonra təyyarə maşına dəydi, güclü zərbə hiss etdik”.
Minval.info-nun məlumatına görə, bunu Qazaxıstan “Kayrat”ının futbolçusu Rade Duqaliç Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra komandanı Almatıya aparan təyyarənin qəzaya uğraması barədə “bookmaker-ratings.ru” saytına müsahibəsində deyib.
Serbiyalı müdafiəçi oyunçuların hadisəyə normal reaksiya verdiklərini bildirib: “Amma şoka düşmüşdük. Uçuş zolağında necə maşın sürmək olar? Şükürlər olsun ki, hamı salamatdır. Heç kim xəsarət almayıb. Hadisə səhər baş verib. Hər kəs yatmışdı. Amma zərbənin təsirindən hamı dərhal oyandı (gülür)”.
29 yaşlı oyunçu qəza zamanı elə də çox qorxmadığını söyləyib: “Sadəcə, hamı üçün gözlənilməz oldu. Təsəvvür edin, təyyarə dayanacağa gedir və maşına çırpılır”.
Qeyd edək ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda “Kayrat”a 2:1 hesabı ilə qalib gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Bavariya" "Real Madrid"in futbolçusu üçün 42 milyon avro ödəyəcək
İngiltərə millisinin futbolçuları irqçiliyə məruz qaldı
AFFA "Fənərbağça"dan qovulan məşqçiyə təklif göndərəcək
Haiti mətbuatı "Qarabağ"dan yazdı
Millidə De Byazi ilə futbolçular arasında ilk narazılıq yaşandı
Türk futbolçu "Barselona"nın tarixinə düşdü - Messidən sonra...
Azərbaycan Kubokunun oyunu zamanı insident — İkinci yarımfinalçı bəlli oldu