"Kasıb icra başçısıyam, ona görə uzaqlaşdırılıram.." - Süleyman Mikayılov
Xəbər verdiyimiz kimi ötən gün Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib. Federasiyanın vitse prezidentlərində və idarə heyətində də dəyişikliklər olub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Boks Federasiyasının vitse prezidenti Süleyman Mikayılov öz postundan uzaqlaşdırılıb.
Minval.info xəbər verir ki, federasiyadan uzaqlaşdırılması ilə bağlı Manset.az-a açıqlama verən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bunu öz səhhəti ilə əlaqələndirib.
“Mən uzaqlaşmamışam, federasiyada qalıram. Mənim hazırda nə səhhətim, nə əsəbim buna tab gətirmir. Mən Dünya Boks Federasiyasının Direktorlar Şurasının üzvüyəm, SSRİ idman ustasıyam. Mən yenə də federasiyada qalıram, əlimdən gələn köməkliyi edəcəm. Kim deyirsə kasıb icra başçısıyam, ona görə uzaqlaşdırılıram, mən icra başçısıyam, 15 ildir bu vəzifəni daşıyıram, dövlətimizin pulu da var, federasiyalara pul da ayrılır.”
Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə Azərbaycan Boks Federasiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev prezident, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu