Kart limitlərində dəyişiklik: Elektron köçürmələr üçün yeni qaydalar 2023-cü ildə tətbiq olunur
Azərbaycanda kart limitləri ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Maliyyə institutları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək elektron pul köçürmələrinin minimum məbləği yenidən hesablanacaq.
Minval.info xəbər verir ki, bu dəyişiklik Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən imzalanan qərarla təsdiqlənib. Qərara əsasən, maliyyə institutları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanununa uyğun olaraq müəyyənləşdirilən məbləğdən yuxarı olan elektron köçürmələr barədə məlumat təqdim etməlidirlər.
Yeni qaydalara görə, maliyyə institutlarının təqdim etməli olduqları elektron köçürmələrin məbləği bir təqvim ili ərzində 20 min manat və ya ona ekvivalent xarici valyuta olaraq müəyyən edilib. Bu məbləğ müştərinin həmin il ərzində həyata keçirdiyi hər növbəti elektron köçürmə əməliyyatına tətbiq olunacaq.
ƏLAQƏLİ
Yayın sonunda hansı bürclər maliyyə uğuruna çatacaq? – Ulduzlar xəbər verir
Qeyd edək ki, bu dəyişiklik köçürmələrin məbləğinin artırılması ilə bağlı deyil, məhz hesablanma qaydasının dəyişdirilməsi ilə əlaqədardır. Əvvəlki qaydada da minimum məbləğ 20 min manat idi, lakin yeni qərarla bu hədd bir təqvim ili üzrə tətbiq ediləcək.
Həmçinin, yeni qaydalar qüvvəyə minənədək öhdəlik daşıyan şəxslər müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il dekabrın 31-dək Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər. Bu qərar aprelin 21-də imzalanıb və oktyabrın 1-dən qüvvəyə minəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yayın sonunda hansı bürclər maliyyə uğuruna çatacaq? – Ulduzlar xəbər verir
Milevski "Qarabağ"ı gözündə böyütmədi: Dinamo üçün əsas problem nədir?
Gürcüstanda enerji böhranı: Təxribat izi axtarılır?
Məhkəmə qərarı dəyişdi: Keçmiş rəis i̇lham haqverdiyevə şərti cəza verildi