Karateçilərimiz Dünya Məktəblilərinin İdman Oyunlarında 6 medal qazanıblar

Sentyabrın 11-dən 19-dək Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılığı ilə “Dünya Məktəblilərinin İdman Oyunları” yarışı keçirilir.
Gənclər və İdman Nazirliyindən Minval.info-ya verilən məlumata görə, oyunlar çərçivəsində, sentyabrın 13-də keçirilən karate yarışlarında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin 8 idmançısı təmsil edib. Baş məşqçi Əbülfət Qarayevin rəhbərliyi altında yarışa yollanan karate komandamız 6 medal qazanıb.
14-15 yaşlı yeniyetmələrimizdən Rəşid Süleymanov (-63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıblar.
Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə Dünya İST Federasiyası tərəfindən xüsusi medalla təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha bir futbolçu "Atletiko"dan gedir - qərarını verdi
“Qurban Qurbanov diktator kimidir” - Ndlovu
“Barselona” Koutinyonu satır – qiymətini endirdi
Azərbaycanın tanınmış keçmiş futbolçusunun vəziyyəti ağırdır
Azərbaycanda üç futbol komandası ləğv olundu
Corcina da tənqidlərə qoşuldu
“Real Madrid”-in ulduzları “Liverpul”-u ələ saldı? - VİDEO