Kanalizasiya qazıntısı zamanı 1000 illik vikinq gəmisinin izi tapıldı: Hollandiya tarixə şahidlik edir
Hollandiyada kanalizasiya və yağış sularının axıdılması üçün aparılan qazıntılar zamanı tarixi bir kəşf ortaya çıxıb. Veyk-bey-Duurstede qəsəbəsində işçilər torpağın altından böyük bir taxta parçası tapıblar.
Minval.info xəbər verir ki, qazıntı sahəsində çalışan həvəskar arxeoloq Denni van Basten bu taxtanın adi bir ağac olmadığını müəyyən edib. Bu səbəbdən əraziyə mütəxəssislər dəvət olunub.
Tapılan taxta parçasının uzunluğu 3,2 metr, qalınlığı isə 30 santimetrdir. Üzərindəki xüsusi kəsiklər və emal izləri onun böyük bir gəminin onurğa hissəsi və ya daşıyıcı konstruksiyası ola biləcəyini göstərir.
ƏLAQƏLİ
Xəzər dənizində həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi təşkil edildi
Bu tapıntının aşkar edildiyi ərazi, bir zamanlar Avropanın ən böyük və zəngin liman şəhərlərindən biri olan qədim Dorestad yaşayış məntəqəsinin yerləşdiyi yerdir. VII-IX əsrlərdə bu şəhər Reyn çayı vasitəsilə İngiltərə, Almaniya və Skandinaviya ilə geniş ticarət əlaqələrinə malik olub. Tədqiqatçılar bu taxta parçasının təxminən 1000 il əvvələ, Vikinq dövrünə aid çay ticarət gəmisinin qalığı ola biləcəyini düşünürlər.
Hal-hazırda tapıntı xüsusi üsullarla qorunur və onun yaşı laboratoriyada ağac halqalarının analizi (dendroxronologiya) vasitəsilə dəqiqləşdiriləcək. Əgər bu ehtimallar təsdiqlənərsə, bu kəşf orta əsr dənizçilik tarixi ilə bağlı yeni məlumatlar əldə etməyə imkan verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ölkənin bəzi rayonlarında yağış, Bakıda isə küləkli hava hökm sürür
Tanınmış aparıcı Günel Mönsümova ailə həyatı qurdu
Göyçə gölündə tornado: Nadir təbiət hadisəsi!
Şəhid atası: Qürur və fəxarət dolu həyat
Qaraçuxurda 10 illik kanalizasiya problemi bitmir!
Turizm "yetim" vəziyyətdə: Sərhədlər bağlandı!