Kamran əsədovun ev dustaqlığı istəyi rədd edildi: Məhkəmədə yeni şahid ifadələri ortaya çıxdı
Kamran Əsədovun ev dustaqlığına buraxılması ilə bağlı müraciəti rədd edilib.
Minval.info xəbər verir ki, buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə əlaqədar cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun məhkəmə prosesi davam edir. Bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda Kamran Əsədov, himayəsində üç azyaşlı olduğunu əsas gətirərək, ev dustaqlığına buraxılmasını tələb edib.
Lakin dövlət ittihamçısı və DİM nümayəndəsi Kamran Əsədovun vəsatətinin təmin edilməməsini istəyiblər. Məhkəmə də bu vəsatəti rədd edib. Daha sonra məhkəmədə əlavə şahidlər ifadə verib. Şahidlərdən biri, Namiq Hüseynov, Gündüz Abbasova vasitəçi ilə 77 min manat çatdırdığını bildirib. Gündüz Abbasov isə bu pulları alıb başqasına verdiyini qeyd edib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Prosesdə iştirak edən DİM nümayəndəsi, bu işdə adı keçən şəxslərin hazırda müəllimlik fəaliyyəti ilə məşğul olduğunu və onların barəsində tədbir görülməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edilməli olduğunu bildirib. Məhkəmənin növbəti iclası avqustun 13-nə təyin olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək