Kadırov rəqibini nokauta salan Zabit Səmədovu təbrik etdi
Azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusun paytaxtı Minskdə növbəti döyüşünü keçirib.
Virtualaz.org bildirir ki, “Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – “Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.
Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Zabit Səmədovu bu qələbə münasibətilə təbrik edib. Sosial şəbəkədə fikirlərini bölüşən R.Kadırov Z.Səmədov və “Axmat” klubunun digər üzvlərinin gözəl və inamlı qələbələr qazandıqlarını bildirib. O, qələbələrə sevindiyini vurğulayaraq, azarkeşlərin də məmnun olduqlarına əminlik ifadə edib: “Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, bütün qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Hamınıza uğurlarınızın davamını arzulayıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?